
Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında yerləşən minalanmış ərazidə yanğın baş verib.
Realmedia.info xəbər verir ki, ərazinin minalarla çirklənmiş olması yanğının söndürülməsi istiqamətində aparılan tədbirləri çətinləşdirir.
Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən yanğının nəzarət altına alınması və söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Yanğının başvermə səbəbi və digər təfərrüatlarla bağlı araşdırmalar aparılır.