
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi planlaşdırılır.
Realmedia.info xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, sözügedən sosial ödənişlərin iyunun 24-də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, vətəndaşlara aid ödənişlər müəyyən olunmuş qaydada təqdim ediləcək.