
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində faciə yaşanıb.
Qəza zamanı minik avtomobilində olan iki nəfər, eləcə də motosikletin sürücüsü hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.



