
Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirənlərin sayı dörd nəfərə yüksəlib.
Realmedia.info xəbər verir ki, qəzada ağır xəsarət alan Şorsulu kənd sakini Vüqar Tahir oğlu Əsədov həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Beləliklə, qəza nəticəsində həyatını itirənlər bunlardır:
- Elnur Faiq oğlu Əhmədov (1987-ci il təvəllüdlü);
- İlkin Qismət oğlu Qasımov (1987-ci il təvəllüdlü);
- Nizami Həsənağa oğlu Qasımov (1963-cü il təvəllüdlü);
- Vüqar Tahir oğlu Əsədov (1972-ci il təvəllüdlü).
Hadisə zamanı xəsarət alan digər şəxslər isə Əlifağa Elsevər oğlu Hümbətov (2003-cü il təvəllüdlü) və Rəhmiyyə Rəhman qızı Məmmədovadır (2001-ci il təvəllüdlü).
Qəza iyulun 20-də Salyan rayonunun Stansiya yaşayış massivində qeydə alınıb. İlkin məlumata əsasən, "Toyota Prado" markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.