[center]
Əziz Cəsarət!
Səni 15 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, həyatında ən xoş və unudulmaz günlər arzulayıram.
15 yaş insan həyatının ən gözəl dövrlərindən biridir. Bu yaş arzuların böyüdüyü, məqsədlərin formalaşdığı, gələcəyə inamla addım atıldığı bir mərhələdir. Arzu edirəm ki, hər zaman sağlam, xoşbəxt və uğurlu olasan, ailənin, müəllimlərinin və səni sevən insanların etimadını doğruldasan.
Qarşına qoyduğun bütün məqsədlərə çatmağın, təhsildə və həyat yolunda böyük nailiyyətlər qazanmağın diləyi ilə sənə uğurlar arzulayıram. Qoy həyatın sevinc, xoşbəxtlik və gözəl xatirələrlə dolu olsun.
Doğum günün mübarək olsun! Yeni yaşın sənə uğur, sağlamlıq, səadət və parlaq gələcək gətirsin.
Hörmətlə,
Naməddin Şahsuvarov.
23.06.2026