
Bakının Qaradağ rayonunda yerləşən Müşfiqabad qəbiristanlığında ictimai asayişi pozan şəxs inzibati qaydada həbs edilib.
Realmedia.info xəbər verir ki, hadisə ilə bağlı məlumatı Lent.az yayıb.
Məlumata görə, 56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş vəziyyətdə işlədiyi qəbiristanlığa gəlib. O, naməlum səbəbdən qəbiristanlıqda fəaliyyət göstərən mollanı və ərazidə olan digər şəxsləri təhqir edib.
Hadisə yerində xidmət aparan polis əməkdaşları onun hərəkətlərini dayandırmasını tələb etsələr də, Abbas Xəlilov qanuni tələbə tabe olmayaraq aqressiv davranışını davam etdirib.
Nəticədə o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə Abbas Xəlilov barəsində 10 gün müddətinə inzibati həbs qətimkan tədbiri seçilib.