
Hövsan qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Realmedia.info xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar gün ərzində qəsəbənin bəzi hissələrinə içməli suyun verilişi müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra su təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Qurum sakinlərdən yaranan müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.