
Bakının Xətai rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Realmedia.info xəbər verir ki, hadisə rayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb. Azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.