
Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
RealMedia.info xəbər verir ki, hadisə şəhərdə yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində qeydə alınıb.
Yanğın zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarət alıblar.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra vəziyyətləri ağır olduğundan Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.
Faktla bağlı araşdırma aparılır.