
Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Məlumata görə, yanğın ümumi sahəsi 40 kvadratmetr olan mənzildə qeydə alınıb. Nəticədə mənzil əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Bununla da binanın digər hissələrinin yanğından qorunması təmin olunub.
Təhlükəsizlik məqsədilə bina sakinləri, eləcə də yanğının baş verdiyi mənzilin sakinləri təxliyə edilib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.