
Futbol üzrə dünya çempionatında I qrup çərçivəsində Norveç və Seneqal yığmaları arasında keçirilən matç başa çatıb.
Gərgin keçən qarşılaşma Norveç millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ən yaxşı futbolçusu Norveç yığmasının hücumçusu Erlinq Haaland seçilib. O, görüşdə iki dəfə fərqlənərək komandasının qələbəsində həlledici rol oynayıb.
Qeyd edək ki, bu nəticə ilə Norveç yığması qrupda vacib 3 xalı aktivinə yazdırıb.