
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün daha dörd oyun baş tutacaq.
Realmedia.info xəbər verir ki, günün ilk qarşılaşması E qrupunda keçiriləcək. Almaniya millisi Kurasao yığması ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
F qrupunda Niderland və Yaponiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Maraqla gözlənilən görüş saat 00:00-da start götürəcək.
E qrupunun digər oyununda isə Fildişi Sahili və Ekvador milliləri qarşılaşacaqlar. Bu matçın başlanğıc fiti saat 03:00-da səslənəcək.
Günün son qarşılaşması F qrupunda İsveç və Tunis yığmaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində komandalar növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizəni davam etdirirlər.