
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində sınaqlar zamanı yanğın baş verib.
Realmedia.info xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün axşam saatlarında sınaqların keçirildiyi vaxt qeydə alınıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovu qısa müddətdə söndürərək yanğının geniş əraziyə yayılmasının qarşısını alıblar.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğının başvermə səbəbləri və hadisənin digər təfərrüatları ilə bağlı araşdırma aparılır.