
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol təsdiq edilib.
Realmedia.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.
Qeyd edək ki, sözügedən Protokol 2026-cı il iyulun 10-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında imzalanıb.
İmzalanan sənəd Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinə maliyyə yardımının göstərilməsini və bu sahədə əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.