
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Realmedia.info xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq sənədi təsdiqləyib.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2016-cı il tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə dəyişiklik edilib.
Eyni zamanda, Prezidentin 26 iyul 2022-ci il tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası"na da dəyişikliklər təsdiq olunub.
Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.