
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Bakının bəzi ərazilərində təmir-təftiş işləri aparılacaq.
Realmedia.info xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində saat 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Həmçinin Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində yerləşən çoxmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi mərhələli şəkildə dayandırılacaq.
"Azərişıq" ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.