
ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş vəsaitlərinin Tehranın razılığı olmadan istifadə edilməsinə dair təklifinə İran sərt reaksiya verib.
Realmedia.info xəbər verir ki, bu barədə İran ordusunun rəsmisi Ebrahim Zülfüqari açıqlama verib.
Onun sözlərinə görə, Trampın təşəbbüsünü dəstəkləyərək İranın bloklanmış vəsaitlərindən istifadə edəcək ölkələrin və şirkətlərin gəmilərinin Hörmüz boğazından keçidinə İran tərəfindən icazə verilməyəcək.
Zülfüqari videomüraciətində bildirib ki, həmin qərarın qüvvəyə mindiyi andan etibarən İran ordusu bu dövlətlərə məxsus gəmilərin boğazdan keçidini qadağan edəcək.
Xatırladaq ki, Donald Tramp iyulun 27-də Qərb ölkələrində dondurulmuş İran vəsaitlərinin Tehranın razılığı olmadan istifadə olunmasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, həmin vəsaitlər İranın Hörmüz boğazında gəmiçiliyə vurduğu zərərin kompensasiyasına yönəldilməlidir.