
Paraqvay Respublikası Azərbaycana fəxri konsul təyin edib.
Realmedia.info xəbər verir ki, bu barədə Paraqvayın mənzil-qərargahı Ankarada yerləşən Azərbaycan üzrə səfiri Gillermo Sosa ("Cirilo Guillermo Sosa Flores") **"Report"**un Türkiyə bürosuna müsahibəsində məlumat verib.
Səfir bildirib ki, Azərbaycanın fəxri konsulu vəzifəsinə Tərlan Məmmədov təyin olunub.
"İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək", – deyə diplomat vurğulayıb.
Qeyd edək ki, fəxri konsullar ölkələr arasında iqtisadi, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm rol oynayırlar.