
Bakı şəhərinin Buzovna-Zuğulba avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə iki minik avtomobilinin toqquşduğu, qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi maddi ziyanın dəydiyi əks olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyərək bildirib ki, hadisə ötən gün saat 18:30 radələrində Buzovna-Zuğulba yolunda qeydə alınıb.
Məlumata görə, Loğman Nadir oğlu Osmanovun idarə etdiyi 77-EB-599 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobil ilə Ramin Vaqif oğlu Aslanovun idarə etdiyi 77-DR-215 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Niva"nın sürücüsü Loğman Osmanov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılır.