
Yaponiya futbolunun əfsanəsi, 59 yaşlı hücumçu Kazuyoşi Miura dörd ilə yaxın fasilədən sonra rəsmi matçda yenidən qol vuraraq növbəti tarixi uğuruna imza atıb.
"Kral Kazu" ləqəbi ilə tanınan veteran futbolçu Yaponiya İmperator Kuboku çərçivəsində "Fukushima United"ın "İvaki Furukava" üzərində 7:0 hesablı qələbəsində fərqlənib. Miura qarşılaşmanın 52-ci dəqiqəsində komandasının beşinci qolunu vurub.
Bu, onun 2022-ci ilin noyabrından bəri ilk rəsmi qolu olub. Beləliklə, yapon hücumçu təxminən dörd illik qol həsrətinə son qoyub.
1967-ci il təvəllüdlü Kazuyoşi Miura peşəkar karyerasına 1982-ci ildə başlayıb. O, Braziliya, İtaliya, Xorvatiya, Portuqaliya və Yaponiya klublarında çıxış edib, uzun illər Yaponiya millisinin də formasını geyinib. Miura hazırda dünyanın ən yaşlı peşəkar futbolçusu hesab olunur və karyerasını davam etdirir.