
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurdlarına köçü davam etdirilir.
Realmedia.info xəbər verir ki, bu gün növbəti köç karvanları Xocalı, Ağdərə və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinə yola salınıb.
Bu mərhələdə ümumilikdə 65 ailə, 257 nəfər uzun illərdən sonra doğma torpaqlarına qayıdır.
İşğaldan azad olunmuş ərazilərdə müasir yaşayış məntəqələrinin inşası, zəruri infrastrukturun yaradılması və sakinlərin rahat yaşayışı üçün bütün şəraitin təmin edilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Böyük Qayıdış proqramı çərçivəsində mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam etdirilir.