
Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin edilib.
Realmedia.info xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Yeni təyin olunan departament müdiri agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov tərəfindən kollektivə təqdim olunub. Görüş zamanı Elzar Ağayevə yeni vəzifəsində uğurlar arzulanıb və qarşıda duran fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Elzar Ağayev 20 ildən artıq müddətdə Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində peşəkar jurnalist və media rəhbəri kimi fəaliyyət göstərib. O, media və kommunikasiya sahəsində qazandığı uzunillik təcrübəsi ilə tanınır.
Yeni təyinatın Dövlət Məşğulluq Agentliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.