
Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yeni sədri Vüsal Nəsirlini kollektivə təqdim edib.
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Vüsal Nəsirli ötən gün AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Təqdimat mərasimində agentliyin gələcək fəaliyyətinin inkişafı və yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.