
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin hüquqi statusu və sosial müdafiəsi ilə bağlı bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Realmedia.info xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bununla yanaşı, Prezident İlham Əliyev sözügedən qanunun tətbiqini təmin etmək məqsədilə müvafiq Fərman da imzalayıb.
Qeyd edək ki, fərman Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli, 432-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb və qanunda nəzərdə tutulan dəyişikliklərin icrasını təmin etməyə xidmət edir.
Qanunvericiliyə edilən dəyişikliklərin məcburi köçkünlərin mənzil təminatı, hüquqi statusu və sosial müdafiə mexanizmlərinin daha səmərəli şəkildə tənzimlənməsinə yönəldiyi bildirilir.