
Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib.
Məlumata görə, o, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Azər Binnətovun vəfatı ailəsi, yaxınları və onu tanıyanlar tərəfindən dərin hüznlə qarşılanıb.
Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına səbir diləyirik.