
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəyə uğurla başlayıb.
48 kiloqram çəki dərəcəsində çıxış edən gənc idmançı 1/8 final mərhələsində Hindistan təmsilçisi Avinaş Çetakeni 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıdakı Milli Gimnastika Arenasında keçirilir. Nüfuzlu yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.
Azərbaycan mundialda 29 güləşçi ilə təmsil olunur və idmançılar müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.