
ABŞ-də minlərlə istifadəçi "Facebook" sosial şəbəkəsinin işində problemlərlə üzləşib.
Realmedia.info xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən "Downdetector" portalı məlumat yayıb.
Məlumata əsasən, son bir saat ərzində 1 800-dən çox istifadəçi platformada yaranan nasazlıqla bağlı şikayət edib. Şikayətlərin 38 faizi saytın işləməməsi, 36 faizi mobil tətbiqə girişdə çətinlik, 14 faizi isə istifadəçi hesablarına daxil olmaqla bağlı problemlərlə əlaqədar olub.
Bildirilib ki, oxşar nasazlıqlar təkcə ABŞ-də deyil, Böyük Britaniya, Kanada və Meksikada da qeydə alınıb.
Problemin yaranma səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.