
Kanada İranla bağlı mümkün hərbi əməliyyatlarda iştirak ehtimalını istisna etmədiyini açıqlayıb.
Realmedia.info xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni açıqlama verib.
O bildirib ki, əgər zəruri hesab olunarsa, Kanada müttəfiqləri ilə birlikdə hərəkət edə bilər.
“Əgər məqsədəuyğundursa, biz müttəfiqlərimizin yanında olacağıq. Biz hər zaman Kanada vətəndaşlarını müdafiə edəcəyik və çağırış olduqda müttəfiqlərimizi qorumağa hazırıq”, – deyə baş nazir qeyd edib.
Karni həmçinin vurğulayıb ki, ölkəsi beynəlxalq təhlükəsizlik məsələlərində müttəfiqlərlə əməkdaşlığa sadiqdir.