
ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyat aparılması ehtimalını istisna etməyib.
Realmedia xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə açıqlama verərkən region ölkələrini tənqid edib. Tramp ABŞ-nin “xəstə qonşusu” adlandırdığı Venesuelaya toxunaraq Kolumbiyanı da oxşar şəkildə xarakterizə edib.
“Ora kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə bir adam tərəfindən idarə olunur. O, bunu uzun müddət etməyəcək. Bunu sizə mən deyirəm”, – deyə Donald Tramp bildirib.
ABŞ Prezidentinin bu açıqlaması regionda təhlükəsizlik və ABŞ–Latın Amerikası münasibətləri kontekstində geniş müzakirələrə səbəb olub.
Mənbə: Oxu.Az