• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Heç kəs toxunulmaz deyil”: Azərbaycan korrupsiyaya və nepotizmə qarşı yeni mərhələdə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-12-2025, 15:24



Azərbaycanın müasir dövlətçilik tarixində korrupsiyaya və nepotizmə qarşı mübarizə artıq təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin düşüncə tərzini dəyişən dərin sosial transformasiya mərhələsinə çevrilib. Bu prosesin mərkəzində isə aydın və dəyişməz prinsip dayanır: “Heç kəs toxunulmaz deyil.”
Realmedia xəbər verir ki, son illər həyata keçirilən islahatlar dövlət idarəçiliyində formalaşmış bir sıra mənfi stereotipləri – imtiyazlı şəxslər, “toxunulmaz” qohumlar və vəzifədən doğan süni hüquqi immunitet anlayışını qəti şəkildə sıradan çıxarır.
Bu baxımdan Dövlət Gömrük Komitəsində (DGK) aparılan son irimiqyaslı əməliyyatlar dövlətin korrupsiyaya qarşı mübarizədə nümayiş etdirdiyi qətiyyətin bariz nümunəsi kimi qiymətləndirilir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar zamanı külli miqdarda siqaret qaçaqmalçılığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuz əməllər ifşa olunub.
Əməliyyatların ən diqqətçəkən məqamı həbs edilən şəxslərin statusu və onların yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinin olmasıdır. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi Fərid Usubov, iş adamı Ruslan Eyyubov və Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirovun həbsi cəmiyyətə açıq və birmənalı mesajdır: qanun qarşısında hər kəs bərabərdir. Nə yüksək rütbə, nə də nüfuzlu qohumluq əlaqəsi məsuliyyətdən yayınmağa əsas ola bilməz.
Azərbaycan cəmiyyətində uzun illər bəzi şəxslərin “mən filankəsəm” və ya “filan məmurun qohumuyam” deyərək özlərini qanundan üstün tutmaq cəhdləri artıq sərt dövlət reaksiyası ilə qarşılaşır. Müasir dövlət idarəçiliyində “nüfuzlu qohum” anlayışı hüquqi qalxan rolunu oynamır. Əksinə, yüksək vəzifəli şəxslərin yaxınlarının qanunsuz əməlləri daha böyük ictimai məsuliyyət yaradır və daha ciddi hüquqi nəticələrə səbəb olur.
Prezident İlham Əliyev bu məsələyə dəfələrlə toxunaraq məmur aparatına açıq və sərt xəbərdarlıqlar edib. Dövlət başçısının 2020-ci il martın 5-də yeni təyin olunmuş icra başçıları ilə görüşdə səsləndirdiyi fikirlər bu gün də aktuallığını qoruyur:
“Heç bir şəxs qanundan üstün ola bilməz. Əgər kimsə özünü cəmiyyətdən yuxarıda görürsə və qanunsuz hərəkətləri ilə dövlət siyasətinə ləkə vurursa, o, mütləq qanun qarşısında cavab verəcəkdir.”
2025-ci il noyabrın 12-də Naxçıvanda keçirilən görüş zamanı Prezident İlham Əliyevin verdiyi mesajlar da eyni prinsipə söykənirdi:
“Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalı, ilk növbədə xalqa xidmət etməlidir.”
Dövlət başçısı himayədarlıq və qohumbazlıq hallarına münasibətdə də qəti mövqeyini ifadə edib:
“Əgər kimsə tanışlara, qohumlara və ya vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də.”
Bu mövqelər açıq şəkildə göstərir ki, təkəbbürlülük, imtiyazlılıq və vətəndaşa yuxarıdan aşağı baxmaq nə mənəvi, nə də hüquqi baxımdan qəbulolunandır.
Gömrük sistemində keçirilən son əməliyyatlar və yüksək rütbəli şəxslərin yaxınlarının məsuliyyətə cəlb edilməsi Azərbaycanın hüquqi inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu, özünü “toxunulmaz” hesab edən hər kəs üçün ciddi xəbərdarlıqdır: qanun hər şeydən üstündür və hər kəs öz əməlinə görə fərdi məsuliyyət daşıyır.
Cəmiyyətin dövlətə olan inamı məhz belə ədalətli və qətiyyətli addımlarla möhkəmlənir. “Heç kəs toxunulmaz deyil” prinsipi Azərbaycanın sosial ədalətə əsaslanan gələcək inkişafının və sağlam dövlət–vətəndaş münasibətlərinin sarsılmaz təməlidir.

Oxunub: 41
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

23-12-2025, 17:32

Enerji sektorunda peşəkar idarəçilik nümunəsi: Azərİşıq ASC-nin sədri Vüqar Əhmədov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

28-08-2024, 21:20

Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

8-08-2024, 19:59

Məhkəmə sabiq icra başçısı və onunla birgə mühakimə olunanlar barədə QƏRAR VERDİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

20-07-2024, 21:13

""İ.S.B TERMİNAL" MMC QANUNSUZ TƏLƏB ETDİYİ 100 MANATA GÖRƏ AVTOMOBİLİMİ GİROV SAXLADI" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 18:47

“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bəyaz Aslanın Qələbə Salnaməsi
Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib
Ədliyyə polkovniki Elxan Sadıqov vəfat edib
Müharibə veteranı Soltan Mahmudov vəfat edib
Azərbaycanda kredit riskləri sığortalanacaq: Faizlərin azalması gözlənilir
Quba Regional Turizm İdarəsinə yeni rəis təyin olunub
Hadisə
Bugün, 10:43
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapıldı
Bugün, 10:41
Milli Yaylaq Festivalında səhnə çökdü: Xəsarət alanların kimliyi açıqlandı
Bugün, 10:34
Əmanətlərin Sığortalanması Fondu: Rusiya və Tailanddan kiberhücum cəhdləri qeydə alınıb
Bugün, 10:25
Ramanada obyektdə yanğın başladı – FHN qüvvələri əraziyə cəlb olundu
Dün, 12:28
Biləcəri qəsəbəsində baş verən yanğın qısa müddətdə söndürülüb
24-07-2026, 12:10
"İdrak" liseyində müəllimi güllələyən şagirdin məhkəməsi qismən qapalı keçiriləcək
Son xəbərlər
  • Bugün, 21:42
    Bəyaz Aslanın Qələbə Salnaməsi
  • Bugün, 15:45
    Ruhun Bayraqla Yüksəlişi
  • Bugün, 12:11
    59 yaşlı yapon hücumçu dörd ildən sonra rəsmi oyunda qol vurdu
  • Bugün, 12:07
    İran: Hörmüz boğazında gəmiçilik normal qaydada davam edir
  • Bugün, 11:02
    Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib
  • Bugün, 10:55
    ABŞ-də dəhşətli faciə: Evdə səkkiz nəfərin meyiti tapıldı
  • Bugün, 10:43
    Sumqayıtda dənizdə batan şəxsin meyiti tapıldı
  • Bugün, 10:41
    Milli Yaylaq Festivalında səhnə çökdü: Xəsarət alanların kimliyi açıqlandı
  • Bugün, 10:34
    Əmanətlərin Sığortalanması Fondu: Rusiya və Tailanddan kiberhücum cəhdləri qeydə alınıb
  • Bugün, 10:31
    Azər Əmirov: "Azərbaycanda investisiyaların sığortalanması istiqamətində işlər aparılır"
  • Bugün, 10:25
    Ramanada obyektdə yanğın başladı – FHN qüvvələri əraziyə cəlb olundu
  • Bugün, 10:14
    U17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər bəlli oldu
  • Dün, 20:36
    Ədliyyə polkovniki Elxan Sadıqov vəfat edib
  • Dün, 20:34
    Müharibə veteranı Soltan Mahmudov vəfat edib
  • Dün, 20:33
    Azərbaycanda kredit riskləri sığortalanacaq: Faizlərin azalması gözlənilir
  • Dün, 12:36
    ABŞ-də "government shutdown" nədir? Federal hökumət niyə fəaliyyətini dayandırır?
  • Dün, 12:28
    Biləcəri qəsəbəsində baş verən yanğın qısa müddətdə söndürülüb
  • Dün, 11:38
    Quba Regional Turizm İdarəsinə yeni rəis təyin olunub
  • Dün, 11:02
    Biləsuvar Rayon Kommunal Müəssisələr Kombinatına yeni rəis təyin olundu
  • Dün, 10:56
    İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin edilib
  • Dün, 10:53
    İlham Əliyev Türkiyədəki səfiri geri çağırdı, yeni təyinat verdi
  • Dün, 10:47
    Prezident "Kraudfandinq haqqında" qanunu təsdiqlədi
  • 24-07-2026, 12:41
    Sabah hava 39 dərəcəyədək isinəcək
  • 24-07-2026, 12:37
    İran ABŞ-nin Küveytdəki hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb
  • 24-07-2026, 12:30
    Göygöldə V Milli Yaylaq Festivalına start verildi
  • 24-07-2026, 12:21
    Şəhid pilot Rəşad Atakişiyevin anım günüdür
  • 24-07-2026, 12:10
    "İdrak" liseyində müəllimi güllələyən şagirdin məhkəməsi qismən qapalı keçiriləcək
  • 24-07-2026, 12:01
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:49
    Böyük Qayıdış davam edir: Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanı yola salındı
  • 24-07-2026, 11:31
    Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi: Tbilisi və Batumi işıqsız qaldı
  • 24-07-2026, 11:25
    İran Körfəz ölkələrini ABŞ-a dəstək verməkdə ittiham etdi
  • 24-07-2026, 11:20
    Mark Kukurelladan ürəkdağlayan etiraf: "Kaş oğlum sağlam olaydı..."
  • 23-07-2026, 23:06
    Ceyhun Bayramov Ruslan Edelgeriyevlə iqlim əməkdaşlığını müzakirə edib
  • 23-07-2026, 23:04
    "Qarabağ" – MOİK Sofiya matçının start heyətləri açıqlandı
  • 23-07-2026, 22:45
    İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edilib
Daha çox
  • Təsisçi və Baş direktor: Mahmudova Firəngiz
  • Direktor köməkçisi: İsmayılov Əziz
  • Əlaqə: (+99470) 222 84 02 / (+99455) 384 25 05
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Realmedia.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə