
ABŞ administrasiyası Venesuelada faktiki nəzarəti Dövlət Departamentinin rəhbəri Marko Rubioya həvalə edib.
"Bloomberg" xəbər verir ki, Rubio ölkədə hakimiyyətin təhlükəsiz keçidinə qədər baş müvəqqəti koordinator təyin olunub.
Rubio uzun müddətdir prezident Nikolas Maduronun sərt tənqidçisidir və artıq Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ilə görüşərək narkotik qaçaqmalçılığına son qoyulmasını tələb edib.
ABŞ dövlət katibi isə Venesuelada seçkilərin hələ müzakirə mövzusu olmadığını bildirib.