
ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra növbəti potensial hədəflərin İran və Danimarka ola biləcəyi bildirilir.
Realmedia Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri yazıb. Qəzetin məlumatına görə, Venesuelada cəmi bir gecə ərzində baş verən hadisələr ABŞ Prezidenti Donald Trampın radikal addımlar atmağa hazır olduğunu bəyan etdiyi ölkələrin hökumətlərində ciddi narahatlıq yaradacaq.
Nəşr qeyd edir ki, Vaşinqtonun sərt və gözlənilməz qərarları beynəlxalq münasibətlərdə yeni gərginlik dalğasına səbəb ola və qlobal təhlükəsizlik balansına təsir göstərə bilər.