
Argentinalı yarımmüdafiəçi Franko Mastantuono icarə əsasında “Real Madrid”dən “Fiorentina”ya keçib.
Realmedia.info xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 18 yaşlı futbolçunun “Fiorentina”ya icarə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Mastantuono ötən mövsüm İspaniya çempionatında 23 oyunda meydana çıxıb və 1 qola imza atıb.
Qeyd edək ki, argentinalı futbolçu 2025-ci ilin yayında “River Pleyt”dən “Real Madrid”ə transfer olunub. Keçidin məbləği 63,2 milyon avro təşkil edib.
Bu transfer Argentina futbolu tarixində ən bahalı keçid kimi qeydə alınıb.