
Nüfuzlu Transfermarkt portalı dünyanın ən bahalı qapıçılarının siyahısını təqdim edib.
Siyahıda liderliyi İtaliya millisinin və “Mançester Siti” klubunun qapıçısı Canluici Donnarumma tutur. Onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
İkinci yerdə **“Portu”**dan Dioqo Kosta (40 milyon avro), üçüncü pillədə isə Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel (40 milyon avro) qərarlaşıb.
Dünyanın ən bahalı qapıçılarının TOP-10-u:
1. Canluici Donnarumma (“Mançester Siti”) – 45 milyon avro
2. Dioqo Kosta (“Portu”) – 40 milyon avro
3. Qreqor Kobel (Dortmund “Borussiya”) – 40 milyon avro
4. Bart Verbruggen (“Brayton”) – 35 milyon avro
5. Lukas Şevalye (PSJ) – 35 milyon avro
6. Mile Svilar (“Roma”) – 35 milyon avro
7. David Raya (“Arsenal”) – 35 milyon avro
8. Joan Qarsiya (“Barselona”) – 30 milyon avro
9. Qulelmo Vikario (“Tottenhem”) – 30 milyon avro
10. Anatoli Trubin (“Benfika”) – 28 milyon avro