
Dekabrın 24-də Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər.
Qonaqlar məktəbdə təhsil alan şagirdlərlə görüşərək onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, hədiyyələr təqdim ediblər. Şagirdlərin çıxışlarını izləyən qonaqlar onların ifasında şeir və musiqi parçalarını dinləyiblər, uşaqlarla söhbət edib şəkillər çəkdiriblər.
Qeyd edək ki, gözdən əlil uşaqlar üçün internat məktəbi 1961-ci ildə inşa olunub və 2006-cı ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təmin edilib.

















