
İranın Mircavə şəhərində hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazi yaxınlığında güclü partlayış baş verib.
Realmedia.info xəbər verir ki, “Azad İran” Telegram kanalının yaydığı məlumata görə, partlayış nəticəsində bir neçə hərbçinin öldüyü, daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Məlumata əsasən, hadisə hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazi yaxınlığında baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı hələlik məlum deyil.
Partlayışın səbəbləri və hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.
Qeyd: Hadisə ilə bağlı məlumatlar ilkin mənbəyə əsaslanır və ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.