
Futbol üzrə Dünya Çempionatı 2026-nın açılış matçı zamanı stadionun yaxınlığında bir azarkeşin öldüyü bildirilir.
Hadisənin səbəbi barədə ilkin olaraq rəsmi açıqlama verilməyib. Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.
Buna baxmayaraq, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları və ölən şəxsin kimliyi barədə əlavə məlumat hələlik açıqlanmayıb.