
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun Amerika Birləşmiş Ştatlarına məxsus “Iwo Jima” hərbi gəmisinin göyərtəsində çəkilmiş fotosunu paylaşıb.
Realmedia xəbər verir ki, Tramp sözügedən görüntünü özünə məxsus “Truth Social” sosial şəbəkə hesabında yayımlayıb.
Fotoda Nikolas Maduro qolubağlı vəziyyətdə, boz idman geyimində və qulaqlıq taxmış halda əks olunub. Onun gözlərinin qara maska ilə örtüldüyü, əlində isə plastik butulka tutduğu görünür.
Paylaşım beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub və ABŞ–Venesuela münasibətlərində gərginliyin daha da artdığını göstərən növbəti addım kimi dəyərləndirilir.