
Moldova hökuməti energetika və hidrologiya sektorlarında 30 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Realmedia.info xəbər verir ki, bu barədə "Radio Moldova" məlumat yayıb.
Bildirilib ki, fövqəladə vəziyyət idxal prosedurlarının sadələşdirilməsinə, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, sərhəddə "yaşıl dəhliz"lərin yaradılmasına, eləcə də daxili yanacaq ehtiyatları minimum həddən aşağı düşdükdə ixracın məhdudlaşdırılmasına imkan verəcək.
Moldovanın Baş naziri Vasile Tofan bildirib ki, görülən tədbirlər qabaqlayıcı xarakter daşıyır və kənd təsərrüfatı mövsümünün ən gərgin dövründə mümkün böhranın qarşısını almağa hesablanıb.
Baş nazirin sözlərinə görə, hökumət yanacaq idxalının Türkiyə və Bolqarıstandakı neft emalı zavodları da daxil olmaqla alternativ mənbələrə yönləndirilməsi imkanlarını nəzərdən keçirir. Qazaxıstandan tədarükün bərpasının isə 5-7 gün çəkə biləcəyi bildirilib.
Qeyd olunub ki, fövqəladə vəziyyətin elan edilməsinə Qazaxıstandan Rumıniyanın "Petromidia" neft emalı zavoduna neft ixracında yaranan fasilələr, Yaxın Şərqdə artan gərginlik nəticəsində dünya bazarında neftin bahalaşması, eləcə də quraqlıq və Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəb olub.