
Realmedia Qafqazinfoya istinadən xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin Növbətçi Hissəsinin rəisi, polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Həsənov 18 il ərzində Fövqəladə Hallar Nazirliyində xidmət edib. Mərhumun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.