
Qobustan rayonunda bədbəxt hadisə baş verib.
Realmedia.info xəbər verir ki, hadisə rayonun Bədəlli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 33 yaşlı Orxan Yasinovun üzərinə yaşadığı evdə ehtiyatsızlıq nəticəsində qaynar su tökülüb. Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.