
Göyçay rayonunda martın 3-də Yuxarı Şirvan kanalında batdığı bildirilən şəxsin meyiti tapılıb.
Məlumata görə, 31 yaşlı Ramil Elşad oğlu Abdullayevin meyiti Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalı hissəsində aşkarlanıb.
Meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.