
Abşeron rayonunun Masazır qəsəbəsində 8 Mart tarixində faciəli hadisə baş verib. Təndir evində işləyən 41 yaşlı Bahar Mahmud qızı Mahmudova elektrik cərəyanı vurması nəticəsində ölüb.
Realmedia.info xəbər verir ki, hadisə zamanı qadın iş yerində idi və dərhal yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb və vətəndaşlara elektrik təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyə ediblər.