
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Her Art in Action” festivalı çərçivəsində keçirilən sərgidə iştirak edib. Tədbirdə Leyla Əliyevanın da rəsm əsərləri nümayiş olunub.
Sərgi zamanı şəhid anasının doğum günü qeyd olunub və Leyla Əliyeva ona hədiyyə təqdim edib. Eyni zamanda, sərgi iştirakçıları öz əl işlərindən hədiyyələr təqdim edərək təşəkkürlərini bildiriblər.
Festival çərçivəsində keçirilən bu sərgi incəsənət və mədəniyyət sahəsində qadınların yaradıcılığını ön plana çıxarmağı və mədəni inklüzivliyi təşviq etməyi hədəfləyir.






