
İranın dövlət televiziyası – IRIB News-un məlumatına görə, ölkənin yeni ali dini lideri təyin edildikdən sonra İsrail istiqamətində ilk raket zərbəsi endirilib.
Bildirilib ki, İranın yeni ali lideri kimi göstərilən Müctəba Xameneyinin təyinindən dərhal sonra həyata keçirilən hücum zamanı buraxılan raketlərin üzərində “Xidmətinizdəyik, Seyid Müctəba” sözləri yazılıb.
Məlumata görə, bu addım İranın yeni rəhbərliyinin ilk hərbi reaksiyası kimi qiymətləndirilir. Hadisə regionda onsuz da gərgin olan vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Qeyd edək ki, Müctəba Xameneyi İranın əvvəlki ali dini lideri Əli Xameneyinin oğludur və onun varisi kimi təqdim olunur. Analitiklər hesab edirlər ki, yeni rəhbərliyin atdığı ilk addımlar Yaxın Şərqdə hərbi və siyasi proseslərə ciddi təsir göstərə bilər.