
İran Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.
Realmedia.info xəbər verir ki, bunu Şuranın üzvü Məhəmməd Mehdi Mirbağiri bildirib.
Onun sözlərinə görə, Ekspertlər Şurasının üzvləri son günlər ali dini liderin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıblar və yekunda ümumi razılıq əldə olunub.
“Ekspertlər Şurasının hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb”, – deyə o qeyd edib.
Bununla belə, yeni ali dini liderin kim olacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın ali rəhbəri seçildiyi barədə məlumatlar yayılsa da, sonradan bu xəbərlər təkzib olunmuş və seçim prosesinin hələ tamamlanmadığı bildirilib.