
Martın 5-də İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına həyata keçirilmiş pilotsuz uçuş aparatı (PUA) hücumları, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın ərazilərin hədəf alınması, mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından kəskin şəkildə pislənir.
Bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) açıqlamasında məlumat verib. Qeyd olunub ki, mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır.