
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk 100 saatında 3,7 milyard dollar maddi itki olduğu bildirilir.
Məlumatlara görə, əməliyyatların yeni başladığı günlərdə ABŞ-ın gündəlik itkiləri təxminən 891,4 milyon dollar həcmində olub. Bu, əməliyyatların iqtisadi və hərbi baxımdan böyük maliyyə yükü yaratdığını göstərir.
Ekspertlər bildirir ki, belə yüksək itkilər ABŞ-ın həm müasir silah texnologiyalarının qiyməti, həm də əməliyyat xərclərinin böyük olması ilə bağlıdır. Analitiklər həmçinin bu məbləğin əməliyyatın gələcək gedişinə və regiondakı geosiyasi vəziyyətə təsirini qiymətləndirirlər.