
Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.
İftar mərasimində Ramazan ayının mənəvi dəyərlərindən, tolerantlıq və multikulturalizm ənənələrindən bəhs olunub, ölkədə dinlərarası həmrəyliyin əhəmiyyəti vurğulanıb. Tədbir dualar və xoş arzularla davam edib.






