
Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, martın 5-də Naxçıvana edilmiş dron hücumuna dair narahatlığını bildirib.
Məktubda qeyd olunur ki, hücum zamanı hava limanı da daxil olmaqla bir sıra mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbin yaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb. Babiş bu aktı beynəlxalq hüququn kobud şəkildə pozulması və qəbuledilməz zorakılığın artması kimi qiymətləndirib.
Çexiya Baş naziri məktubunda bildirib ki, ölkəsi Azərbaycanla həmrəydir və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, eləcə də regionda sülh və sabitliyin qorunması üçün bütün səyləri dəstəkləyir.
Andrey Babiş məktubu Prezident İlham Əliyevə ən yüksək ehtiramla çatdırıb.
Fakt, beynəlxalq ictimaiyyətin Naxçıvana qarşı həyata keçirilən hücumlara qarşı reaksiyasının davam etdiyini göstərir.